Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə gecə saat 23 radələrində Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Muxax kənd inzibati ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Opel" və VAZ 21099 markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində VAZ 21099 markalı avtomobilin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Qəza zamanı daha bir nəfər - Muxax kənd sakini, 21 yaşlı Ubadulla Əli oğlu Əliyev xəsarət alıb. Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)