Sucuq qızardarkən 1 qaşıq un əlavə edin

10 Avqust 2026 08:08

Həftə sonu səhər yeməkləri ailəni eyni süfrə arxasında birləşdirən ən xoş yeməklərdəndir.

Milli.Az xəbər verir ki, pomidor-yumurta, qutab, pişi və sucuqlu yumurta kimi klassik ləzzətlər süfrələri bəzəyir.

Bu dəfə klassik sucuq reseptini bir addım irəli aparan, həm praktiki, həm də ləzzəti ilə diqqət çəkən fərqli bir resept təqdim edirik.

250 qram manqal (kangal) sucuğu

1 yemək qaşığı un

1 stəkan süd

1 stəkan sürtgəcdən keçirilmiş holland pendiri

1 çay qaşığı kərə yağı

Əvvəlcə sucuğu təxminən yarım santimetr qalınlığında dilimləyin. Yapışmayan tavanı orta odda qızdırın və sucuq dilimlərini tavaya yığın. Sucuqlar öz yağını buraxıb hər iki tərəfi yüngülcə qızarana qədər 3-4 dəqiqə bişirin.

Sonra 1 yemək qaşığı unu tavaya səpələyin.

Taxta qaşıqla davamlı qarışdıraraq unu sucuq yağı ilə birlikdə təxminən 1 dəqiqə qovurun. Unun qoxusunun çıxması vacibdir, lakin rənginin tündləşməməsinə diqqət edin.

Qovrulan unun üzərinə 1 stəkan südü az-az tökün. Bir yandan çırpıcı və ya taxta qaşıqla davamlı qarışdıraraq topaqlanmanın qarşısını alın.

Təxminən 2-3 dəqiqə ərzində qarışım qatılaşmağa başlayacaq.

Sous yüngül qatılıq alanda istiot və istəyə görə pul bibər əlavə edin. Ardından 1 stəkan sürtgəcdən keçirilmiş kaşar pendirini əlavə edin.

Pendir tamamilə əriyənə qədər qarışdıraraq bişirməyə davam edin. Pendir əridikcə sous uzanan, kremvari qatılıq alacaq.

Sonda qızaran sucuqları sousun içində 1-2 dəqiqə daha bişirin. Beləliklə, sucuqlar pendirli sousun ləzzətini içinə çəkəcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)