Sabah bir neçə rayonda işıq olmayacaq - Yenilənib

9 Avqust 2026 23:05

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 10-da paytaxtda bir sıra Tranformator Məntəqələrində (TM) təmir-təftiş işləri aparılacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Dadaş Bünyadzadə, Arif Mehdiyev, Mirmövsüm Nəvvab, Elşən Müslümov küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

"Nərimanov RETSİ-nə daxil olan Yusif Vəzir Çəmənzəminli və Faiq Yusifov küçələrinin bəzi ərazilərində saat 09:00-dan 12:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar", - deyə əlavə edilib.

------------
Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 

Milli.Az xəbər verir ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 10-da ölkənin bir sıra rayonlarında bəzi 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq. 

Yevlax Elektrik Şəbəkəsi (EŞ) ərazisində saat 09:00-dan 12:00-dək Qoyunbinəsi kəndində, saat 10:00-dan 15:00-dək şəhər ərazisində yerləşən Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədhüseyn Şəhriyar, Bakı küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. 

Ağdaş EŞ-nin xidməti ərazisində saat 10:00-dan 13:00-dək Bulaqotağı, Yuxarı Qəsil, Qarağan Şıxlar, Qarağan Sədi, Kükəl, Ərəb, Hüşün kəndlərinin bəzi yerlərində enerjinin verilişində fasilə yaranacaq. 

Planlı fasilə saat 10:00-dan 15:00-dək Göyçayda şəhər ərazisində yerləşən Məhəmməd Əmin Rəsulzadə, Məhəmnədhüseyn Şəhriyar və Nizami Gəncəvi küçələrini də əhatə edəcək. 

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)