"Aclıq daşları" üzə çıxdı: Fəlakət xəbərdarlığı (Foto)

9 Avqust 2026 21:02

Almaniyanın Saksoniya torpağında anomal istilər səbəbindən çaylarda suyun səviyyəsi kritik həddə düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, suların çəkilməsi ilə çay yataqlarında keçmiş quraqlıq illərindən xəbər verən xüsusi nişanəli "aclıq daşları" görünməyə başlayıb.

Mütəxəssislər bu daşların ortaya çıxmasını gözlənilən məhsul qıtlığının göstəricisi sayırlar.

Elba çayındakı daşlardan birinin üzərində son 300 ilin quraqlıq tarixləri həkk olunub.

Oxşar vəziyyət Reyn, Şpree və Dunay çaylarında da müşahidə olunur.

Düsselldorf ərazisində Reyn çayında suyun səviyyəsi rekord həddə - 14 santimetrə qədər enib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)