Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samux rayonu, Yenikənd kəndində kanalda 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 2009-cu il təvəllüdlü Məmmədova Gülnaz Elçin qızının batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.
------------
Samux rayon ərazisində Kür çayında batan şəxsin kimliyi açıqlanıb.
Milli.Az APA-ya istinadən bildirir ki, batan şəxs 17 yaşlı G.Məmmədovadır.
------------
Samux rayon ərazisində 1 nəfər Kür çayında batıb.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, Kür çayında bir nəfər boğulub. Hazırda hadisə yerinə FHN xilasediciləri cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)