Şəmkir rayonunda bədbəxt hadisə baş verib.
Hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.
Milli.Az xəbər verir ki, 1964-cü il təvəllüdlü kənd sakini Ə. Abdıyev elektrik dirəyində işləyərkən onu cərəyan vurub.
62 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)