Ermənistanda keçmiş Baş nazirin oğlu həbs edildi

9 Avqust 2026 15:19

Ermənistanın keçmiş Baş naziri Ovik Abramyanın oğlu, Artaşatın keçmiş meri Arqam Abramyan iki ay müddətinə həbs edilib.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. 

8 avqustda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşlarının keçmiş Artaşat meri Arqam Abramyanı saxladığı bildirilib.

Ona qarşı sifarişli qətl törətməyə təhrik etmə maddəsi ilə iş açılıb.

Bu iş 2023-cü ilin aprelində yevangelist İnam Xristianları dini təşkilatının (sektasının) ruhani pastoru S.V.-nin qətli ilə bağlıdır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)