Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Fiziki və kolloid kimya kafedrasının professoru Sabit Məmmədov vəfat edib.
Milli.Az xəbər verir ki, Sabit Məmmədov 1951-ci ildə Qazax rayonunda anadan olub. 1968-ci ildə Qazax rayonunun 3 №-li tam orta məktəbini bitirib.
Sabit Məmmədov 2009-ci ildə "Tərəqqi" medalı, 2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)