Paytaxtda magistralla qaçan cins atlar kimindir? - (Video)

9 Avqust 2026 13:20

Bakı-Şamaxı yolunun Hökməli dairəsi yaxınlığından keçən hissəsində maraqlı hadisə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə cins at magistral yol boyunca - avtomobillərin sürətlə və intensiv hərəkət etdiyi yerdə qaçarkən görüntülənib.

Atların baxlmlı və cins növdən olması maraqla qarşılanıb.

Onların nəzarətsiz qalmaları və hansısa təsərrüfatdan qaçdıqları ehtimal edilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)