Xalq artisti Aygün Kazımova məkanların birində səhnə alaraq pərəstişkarları qarşısında çıxış edib.
Milli.Az xəbər verir ki, pop diva səhnədə sevilən mahnılarını səsləndirib, rəqqasların iştirakı ilə hazırlanan xüsusi rəqs nömrələri də gecəyə rəng qatıb.
Lakin konsertdən yayılan görüntülərdə kişi rəqqasların səhnə geyimləri sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Rəqqasların qadın geyimlərini xatırladan səhnə libaslarında çıxış etməsi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Paylaşılan kadrlara çoxsaylı şərhlər yazılıb. Bəzi istifadəçilər rəqqasların geyim tərzini tənqid edərək narazılıqlarını ifadə edib, digərləri isə bunun səhnə konsepsiyasının bir hissəsi olduğunu bildiriblər.
Görüntülər sosial şəbəkələrdə geniş yayıldıqca Aygün Kazımovanın konsertindəki rəqs nömrələri ətrafında müzakirələr də davam edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)