Ukrayna ordusu Rusiyanın Gelencik şəhərində yerləşən S-400 hava hücumundan müdafiə sisteminə zərbə endirib.
Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi ("Madyar") məlumat verib.
Onun sözlərinə görə, hücumlar nəticəsində Rostov vilayəti və Krasnodar diyarında daha iki hava hücumundan müdafiə sistemi və iki radiolokasiya stansiyası sıradan çıxarılıb.
Bildirilib ki, Qara dənizdə Rusiyanın "kölgə donanması"na aid bir tanker və iki yük gəmisinə də zərbələr endirilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)