Tehranda sənaye müəssisəsi yandı

9 Avqust 2026 11:10

Bu gün Tehranın Nəsirabad sənaye şəhərciyindəki alışqan emalatxanasında yanğın baş verib, 4 nəfər xəsarət alıb.

Milli.Az xəbər verir ki, Tehran Təcili Tibbi Yardım Xidmətinin sözçüsü Şərvin Təbrizi bildirib ki, hadisə barədə təcili yardım xidmətinə səhər saat 07:20-də məlumat daxil olub.

Məlumata görə, yanğın nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 2-si əlavə tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb.

Yanğının səbəbi, dəymiş ziyanın həcmi və digər yaralıların vəziyyəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)