Braziliyanın Rio-de-Janeyro şəhərində helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər həyatını itirib.
"Qatar News Agency"nin məlumatına görə, helikopter Tijuka Milli Parkının sıx meşəlik ərazisinə düşüb.
Qəza nəticəsində pilot və eyni ailənin üzvü olan 3 kolumbiyalı turist qadın həlak olub.
Yanğınsöndürənlər cəsədləri dağlıq və çətin keçilən ərazidə aşkar ediblər.
Hadisədən sonra Rio-de-Janeyro meri Eduardo Kavaliere helikopter uçuşlarına nəzarətin gücləndirilməsini tələb edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)