“Heç kim öz torpağını atıb gedən deyil” - Zelenski

9 Avqust 2026 00:28

"Ukrayna Donbas (Donetsk və Luqansk vilayətləri - red.) ərazisini tərk etmək niyyətində deyil".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında yayımladığı müsahibəsində bildirib.

"Heç kim öz dövlətini, öz insanlarını və torpağını atıb çıxıb gedən deyil", - deyə Ukrayna lideri vurğulayıb.

Avqustun 7-də Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KMİS) keçirdiyi sorğunun nəticələrinə əsasən, Ukrayna əhalisinin əksəriyyəti Vaşinqton və Avropanın təhlükəsizlik zəmanətləri müqabilində Silahlı Qüvvələrin Donbasdan çıxarılmasının əleyhinədir.

Tədqiqata görə, respondentlərin 60%-i təhlükəsizlik zəmanətləri qarşılığında Ukrayna qoşunlarının Donbasın nəzarətdə olan hissəsindən geri çəkilməsini qətiyyən qəbulolunmaz hesab edir. Sorğuda iştirak edənlərin 33%-i bu şərtlərlə razılaşdığını, 7%-i isə mövqeyini bildirməkdə çətinlik çəkdiyini qeyd edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)