Kredit kartı şifrəsində "0" rəqəmi olanlara xəbərdarlıq edildi

9 Avqust 2026 00:31

Mütəxəssislər kart şifrələrində "0" rəqəminin istifadə edilməməli olduğunu vurğulayırlar. Təxmin edilməsi asan ardıcıllıqlarda və doğum tarixlərində tez-tez istifadə edilən bu rəqəm kiber dələduzların ilk hədəfi olur.

Milli.Az xəbər verir ki, kiber təhlükəsizlik və bankçılıq mütəxəssisləri kredit və bank kartı istifadəçilərini şifrə təyin edərkən etdikləri kritik bir səhv barədə xəbərdar ediblər. Aparılan araşdırmalara və dələduzluq təhlillərinə əsasən, kart şifrələrində ən çox seçilən, lakin təhlükəsizlik baxımından ən riskli hesab edilən rəqəmin "0" olduğu ortaya çıxıb. Dələduzların və avtomatik şifrə qırma proqramlarının hədəfində ilk növbədə bu rəqəmi ehtiva edən kombinasiyalar yer alır.

"0" rəqəmi nə üçün böyük risk daşıyır?
Bu rəqəmin kart şifrələrində böyük bir təhlükəsizlik boşluğu yaratmasının əsas səbəbi insan psixologiyası və proqnozlaşdırıla bilən vərdişlərdir. İstifadəçilər şifrə yaradarkən "0" rəqəmini adətən ardıcıllığın əvvəlinə və ya sonuna əlavə etməyə çox meyllidirlər. Bu vəziyyət kartı ələ keçirən pis niyyətli şəxslərin və ya şifrə qırma alqoritmlərinin ilk sınaqdan keçirdiyi kombinasiyaları yaradır. Bununla yanaşı, bir çox insan şifrə olaraq doğum ilini, yaxud gün və ay məlumatını seçir. İçində çoxlu "0" ehtiva edən bu tarixlər sosial şəbəkələr üzərindən aparılan sadə bir məlumat toplama prosesi ilə belə asanlıqla təxmin edilə bilir.

Təhlükəsiz kart şifrəsi necə olmalıdır?
Dələduzluq hallarının qarşısını almaq üçün kart şifrələrini yeniləyərkən bəzi əsas qaydalara riayət etmək həyati əhəmiyyət daşıyır. İlk növbədə, asanlıqla təxmin edilə bilən ardıcıl və ya təkrarlanan rəqəmlərdən qətiyyən uzaq durmaq lazımdır. Eyni zamanda doğum ili, şəhər (rayon) avtomobil nömrəsinin kodu və ya sevimli komandanın yaradılış tarixi kimi şəxsi məlumatları şifrələrə əks etdirməmək vacibdir. Ən təhlükəsiz üsul şifrənin heç bir məntiqi qanunauyğunluğa əsaslanmayan və bir-biri ilə əlaqəsi olmayan tamamilə təsadüfi rəqəmlərdən yaradılmasıdır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)