Bir il əvvəl bu gün ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistanı 35 illik qəddar münaqişəyə son qoyan tarixi bir sülh müqaviləsi imzalamaq üçün bir araya gətirdi.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff "X" sosial media hesabında yazıb.
"Prezidentin liderliyi sayəsində Cənubi Qafqaz daha təhlükəsiz, daha firavan və daha sabitdir və bu böyük ölkələrin gələcəyi parlaqdır. Bu tarixi administrasiyanın bir hissəsi olmaqdan şərəf duyuram", - deyə o, qeyd edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)