Şəhid pilot Xəyyam Əliyevin atası Əlixan Əliyev oğlunun Əmircan qəsəbəsində yerləşən məzarının vandalizmə məruz qaldığını bildirib.
Milli.Az xəbər verir ki, atanın sözlərinə görə, 4 ildir böyük diqqət və sevgi ilə qulluq edilən qəbiristanlıqdakı dekorativ güllər məhv edilib, oturacaq yerindən qoparılaraq yararsız hala salınıb, güldanlar isə yerə atılıb.
Əlixan Əliyev baş verən bu xoşagəlməz hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına müraciət etdiyini qeyd edib. (Video: Əmircan və əmircanlılar)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)