Xocavənd rayonunda traktor minaya düşüb.
Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qızılqaya kəndində qeydə alınıb.
Məlumata görə, E.Abbasovun idarə etdiyi traktor kənd ərazisində minaya düşüb.
Hadisə nəticəsində texnikaya zərər dəysə də, xəsarət alan olmayıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)