Yeni Zelandiya Rusiyaya qarşı 36-cı sanksiya paketini açıqladı

8 Avqust 2026 09:32

Yeni Zelandiya Rusiyaya qarşı yeni sanksiyalar paketi açıqlayıb

Yeni Zelandiya şənbə günü Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar paketini elan edib.

Bu barədə ölkənin xarici işlər naziri Uinston Peters məlumat verib.

Yeni sanksiyalar siyahısına ümumilikdə 33 fiziki və hüquqi şəxs daxil edilib.

Qeyd edək ki, Yeni Zelandiya 2022-ci ilin martında Rusiyaya qarşı Sanksiyalar Aktını qüvvəyə mindirib. Ölkə həmin vaxtdan etibarən tətbiq etdiyi 36 sanksiya paketi çərçivəsində 2 mindən çox fiziki və hüquqi şəxsə, eləcə də gəmilərə qarşı məhdudlaşdırıcı tədbirlər görüb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)