Şan-şöhrəti atıb qoz istehsalçısı oldu: Burak Hakkının kənd həyatı (Foto)

8 Avqust 2026 07:07

"Dudaktan Kalbe" və "Kaybolan Yıllar" serialları ilə yaddaşlara həkk olunan Burak Hakkı illər əvvəl verdiyi qərarla şəhər həyatını geridə qoyaraq Çanakkalaya köçmüşdü. Aktyorluq karyerasını davam etdirən Hakkı ilin böyük hissəsini təsərrüfatında keçirərək üzvi kənd təsərrüfatı və qoz istehsalı ilə də məşğul olur. Burak Hakkının şöhrət həyatına fasilə verib qoz istehsal etməsi onun qazancının da dəfələrlə artmasına səbəb olub.

Milli.Az xəbər verir ki, Çanakkalənin Gəlibolu rayonuna bağlı Günəyli kəndində 35 min kvadratmetrlik ərazi üzərində təsərrüfat quran Burak Hakkı burada üzvi tərəvəz, meyvə və qoz istehsal edir. Təxminən min qoz ağacının olduğu təsərrüfatda istehsalatla məşğul olan aktyor hər il məhsul yığımı dövründə əldə etdiyi qozları satışa çıxarır. Məhsul yığımını oktyabr aylarına tamamlayan aktyora anası və bibisi də kömək edir.

Burak Hakkı daha əvvəl təsərrüfat həyatı ilə bağlı verdiyi açıqlamada istehsalatın onun üçün böyük bir motivasiya mənbəyi olduğunu bildirmişdi. Məşhur aktyor "Burada hər şeyi özümüz yetişdiririk. Əlimizdən gəldiyi qədər hər şeyi özümüz edirik, ata toxumuna diqqət yetiririk. Ağaclarıma uşaq kimi baxıram. Minə yaxın qoz ağacım var. İlin altı ayını təsərrüfatda keçirirəm," ifadələrini işlətmişdi.

Məşhur aktyor yeni serial və film layihələrindən gələn təklifləri də qiymətləndirir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)