2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 2 milyon 562,9 min dekalitr pivə istehsal edilib.
Milli.Az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azalıb.
Cari ilin yanvar-may aylarında ölkəyə 119,7 min dekalitr pivə idxal olunub ki, bu da illik müqayisədə 34 faiz azdır.
Eyni dövrdə pivə ixracı isə 31,07 min dekalitr təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 97,9 faiz artıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)