Xəbər verdiyimiz kimi, "Yeraltı" serialında "Mələk" obrazını canlandıran 17 yaşlı aktrisa Ülkü Hilal Çiftçinin özündən 10 yaş böyük tərəf müqabili Hakan Çələbi ilə sevgili olduğunun ortaya çıxmasının ardından atası Ünal Çiftçi prokurorluğa müraciət edib.
Milli.Az-ın məlumatına görə, aktrisanın anası Kader Çiftçi qızının adının hallandığı qalmaqal fonunda həyat yoldaşı Ünal Çiftçiyə qarşı boşanma və zina iddiası ilə məhkəməyə üz tutub. O, ərinin qızının qazandığı pulu başqa qadınlara xərclədiyini iddia edib.
Qeyd edək ki, Ülkünün atası Ünal qızının sevgilisi Hakanın ondan yaşca böyük olduğunu iddia edərək aktyoru prokurorluğa şikayət edib. Lakin daha sonra məlum olub ki, Ünal özü dəfələrlə qızı ilə birgə Hakanla ünsiyyətdə olub. Mediada onların birgə çəkilən fotoları yayılıb. (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)