Türkiyənin "Ərzurumspor" klubu Nəriman Axundzadəni heyətinə cəlb edib.
Milli.Az xəbər verir ki, Super Liqa təmsilçisi bu barədə instaqram hesabında paylaşıb edib.
Məlumat üçün bildirək ki, karyerası ərzində "Qarabağ" və ABŞ-nin "Kolumbus Kryu" klublarının formasını geyinən N. Axundzadə ötən mövsüm MLS təmsilçisinin heyətində 4 matçda start heyətində yer alıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
O, "Qarabağ"ın heyətində 4 mövsüm ərzində 126 rəsmi matçda 35 qol vurub, 4 ötürmə edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)