Beyləqanda 15 yaşlı yeniyetmə kanalda boğulub

7 Avqust 2026 19:13

Beyləqan rayonunda 15 yaşlı yeniyetmə kanalda çimərkən boğularaq ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Bünyatlı kəndi ərazisində baş verib.

Belə ki, rayonun Gödəklər kənd sakini, 2011-ci il təvəllüdlü Əmrahlı Murad Ramil oğlu Bünyatlı kəndi ərazisindəki su kanalında çimərkən boğulub.

Yeniyetmənin meyiti kənd sakinləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)