Yaltaya dəniz dronları ilə hücum edildiyi bildirilir

7 Avqust 2026 17:02

Ukrayna Silahlı Qüvvələrinin dəniz dronlarının Krımın cənub sahilində yerləşən Yalta şəhərinə hücum etdiyi iddia olunur.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində şəhərdəki liman obyektlərindən biri hədəfə alınıb.

Məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində sahil ərazisində olan insanlar təxliyə edilib.

Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)