Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Ceki Çanın baş rolda çəkildiyi "Tanrının zirehi 4: Ultimatum" ("Armour of God 4: Ultimatum") filminin bəzi səhnələri Azərbaycanda lentə alınır.
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, aktyorun Bakıdakı çəkilişləri davam edir. Çəkiliş prosesindən görüntülər sosial mediada yayılıb.
Qeyd edək ki, Ceki Çanın Bakıda təxminən 10 gün qalacağı gözlənilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)