Tiktoker Melisa hava limanında saxlanıldı

7 Avqust 2026 15:55

Sosial şəbəkədə ictimai mənəviyyata zidd ifadələr işlədən daha bir tiktoker barəsində inzibati tədbir görülüb.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, 25 yaşlı Melisa Əhmədova (şərti ad) "TikTok" platformasındakı "melisa_591" hesabında açdığı canlı yayım zamanı nalayiq ifadələr səsləndirib.

Bildirilib ki, onun bu hərəkətləri ictimai mənəviyyata zidd və cəmiyyətə açıq hörmətsizlik kimi qiymətləndirilib.

Tiktoker polis əməkdaşları tərəfindən hava limanında saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə inzibati protokol tərtib olunub.

Məhkəmənin qərarı ilə Melisa Əhmədovaya 600 manat məbləğində inzibati cərimə verilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)