İraq ordusuna məxsus tanklar, zirehli texnikalar və terrorla mübarizə qüvvələri mümkün silahlı əməliyyatların qarşısını almaq məqsədilə Bağdadın "yaşıl zona"sına yerləşdirilib.
Milli.Az xəbər verir ki, bu barədə İraq mediası məlumat yayıb.
Məlumata görə, qərar İran tərəfindən dəstəklənən silahlı qrupların mümkün cavab hücumları ilə bağlı artan narahatlıqlar fonunda qəbul edilib.
İraq Silahlı Qüvvələrinin sözçüsü Sabah əl-Numan isə bildirib ki, ölkə ərazisinin qonşu dövlətlərə qarşı təhdid yaratmaq məqsədilə istifadəsinə icazə verilməyəcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)