Müctəba Xameneinin səhhəti ilə bağlı şok iddia

7 Avqust 2026 15:03

İranın ali lideri Müctəba Xameneinin səhhəti ilə bağlı yeni iddialar yayılıb.

Milli.Az xəbər verir ki, bu barədə müxalif "IranWire" nəşri İran Prezident Administrasiyasına yaxın iki anonim mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Müctəba Xamenei atası Əli Xameneinin ölümünə səbəb olduğu bildirilən ABŞ-İsrail hücumlarından sonra İran hökumətinin heç bir üzvü ilə görüşməyib.

Mənbələr ali liderin səhhətinin son dərəcə ağır olduğu barədə məlumatların yayıldığını bildiriblər.

"Onun şəhid olması xəbərini tezliklə eşitsək, təəccüblənmərik", - mənbələrdən biri deyib.

Qeyd edək ki, Müctəba Xamenei ali lider vəzifəsinə gəldikdən sonra ictimaiyyət qarşısında çıxış etməyib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)