İslandiyanın Aİ-yə üzvlüyü ilə bağlı yeni plan ortaya çıxıb.
Milli.Az xəbər verir ki, "Politico"nun məlumatına görə, İslandiya dondurulmuş üzvlük danışıqlarını bərpa etmək qərarına gəlsə, 2028-ci ildə Monteneqro ilə birlikdə Avropa İttifaqına üzv ola bilər.
Bildirilir ki, İslandiya artıq Avropa İqtisadi Bölgəsinin və Şengen zonasının üzvüdür. Bu səbəbdən Aİ qanunvericiliyinin əhəmiyyətli hissəsi ölkənin milli hüquq sisteminə inteqrasiya olunub.
Avropa Komissiyasındakı mənbələr İslandiyanın iqtisadi potensialının onu Aİ büdcəsinə xalis töhfə verən ölkəyə çevirə biləcəyini bildiriblər. Bunun isə iqtisadi baxımdan daha zəif yeni üzv dövlətlərin ittifaqa qəbulunun maliyyə baxımından balanslaşdırılmasına kömək edə biləcəyi qeyd olunur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)