Tovuzda fermada gənc bibisini güllələyərək öldürdü

7 Avqust 2026 14:06

Tovuz rayonunda silahlı insident baş verib.

Milli.Az Teleqraf-a istinadla verir ki, rayonun Əlimərdanlı kəndindəki fermada 1997-ci il təvəllüdlü Ülvü İsayev ov tüfəngi ilə 1961-ci il təvəllüdlü bibisi Məlahət İsayevanı qətlə yetirib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)