Trampın yaratdığı Sülh Şurasından ilk hərbi layihə

7 Avqust 2026 13:59

ABŞ nəzarətindəki Sülh Şurası Mərakeş qoşunları üçün baza tikintisinə başlayır

Milli.Az xəbər verir ki, Britaniyanın "The Guardian" qəzeti ABŞ-nin nəzarətində olan Sülh Şurasının Mərakeş hərbçiləri üçün hərbi baza inşası ilə bağlı ilk müqavilə imzaladığını yazıb.

Məlumata görə, layihə 150 hərbçinin yerləşdirilməsi üçün nəzərdə tutulan əsas hərbi postun yaradılmasını əhatə edir.

Hələ tam yekunlaşdırılmayan müqavilə Luiziana ştatında yerləşən ABŞ şirkəti "Arkel International"a verilib. Şirkətin daha əvvəl ABŞ hökuməti üçün, o cümlədən İraq kimi ölkələrdə layihələr həyata keçirdiyi bildirilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 16-da "Sülh Şurası"nın yaradıldığını açıqlayıb. O, Avropa Komissiyası ilə yanaşı, Rusiya, Ukrayna və Çin də daxil olmaqla 50-dən çox ölkənin nümayəndələrini qurumun fəaliyyətinə qoşulmağa dəvət edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)