Ərdoğan Səudiyyə Ərəbistanına səfər edib

7 Avqust 2026 13:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına işgüzar səfər edib. 

Milli.Az xəbər verir ki, Ərdoğan və nümayəndə heyətini daşıyan şəxsi təyyarə Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanına eniş edib. Qeyd olunur ki, Ərdoğanın Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanla görüşəcək.  

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)