Rusiya paytaxtı Moskva və Moskva vilayətində güclü partlayış səsləri qeydə alınıb.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, partlayış səsləri şəhərin bir sıra rayonlarında, eləcə də ətraf ərazilərdə eşidilib. Bəzi sakinlər evlərin silkələndiyini və zərbə dalğasını hiss etdiklərini bildiriblər.
Məlumata görə, ən güclü səslər Konkovo və Solntsevo rayonları, eləcə də Vernadski və Kommunarka prospektləri ətrafında eşidilib.
Hadisənin səbəbi ilə bağlı rəsmi məlumat verilməyib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)