Şəmkir şəhərinin mərkəzində yerləşən Abidələr parkında antisanitar vəziyyət yaranıb.
Milli.Az xəbər verir ki, yayılan görüntülərdə park ərazisində tullantı qutularının aşırıldığı, ot örtüyünün üzərinə və piyada yollarına plastik şüşələr və digər məişət tullantılarının atıldığı görünür.
Şəhərin əsas istirahət məkanlarından biri olan Abidələr parkında Azərbaycanın zəngin tarixi irsini əks etdirən miniatür abidələr yerləşir. Park yaxın keçmişdə əsaslı şəkildə yenidən qurulub.
Mövcud vəziyyət sakinlər arasında narazılıq yaradıb. Sakinlər parkın təmizliyinin təmin olunmasını və ərazidə nəzarətin gücləndirilməsini istəyirlər.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)