Aİ-nin Ermənistan üzərində təsir imkanları yoxdur

7 Avqust 2026 13:12

"Avropa İttifaqının Ermənistan üzərində heç bir təsiri yoxdur". 

Milli.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı jurnalistlərlə görüşü zamanı deyib.

Paşinyan bildirib ki, Ermənistanın siyasətinə təsir etmək üçün hər hansı real rıçağa malik qüvvə nə Brüsseldə, nə Qərbdə, nə Cənubda, nə də Şərqdə yerləşir.

"Ermənistanın xarici siyasətinə gəlincə, biz digər dövlətlər kimi şaxələndirmə siyasəti həyata keçiririk. Bu, hər bir ölkənin suveren və qanuni hüququdur", - deyə Ermənistan hökumətinin başçısı qeyd edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)