Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda zəlzələ baş verib.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 10:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4,1 bal olub. Zəlzələ ocağı yerin 73,68 kilometr dərinliyində yerləşib.
Təkanlar Aralıq dənizində də hiss olunub. Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)