“Sabah” - “Orhus” oyununun hakimləri dəyişdirildi

7 Avqust 2026 12:42

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Orhus" oyununun hakimlər briqadasında dəyişiklik edilib.

Milli.Az xəbər verir ki, qurum daha əvvəl qarşılaşmaya Joao Pineyronun rəhbərlik etdiyi portuqaliyalı hakimlər briqadasını təyin etsə də, sonradan bu qərarı dəyişib.

Bakıda keçiriləcək görüşü Fransadan olan Villi Delajo idarə edəcək. Ona Ervan Finjean və Valentin Evrard kömək edəcəklər.

Dördüncü hakim Erik Vattellier olacaq. VAR hakimi funksiyasını Bastien Deşepi, AVAR vəzifəsini isə Nikolya Rainvill yerinə yetirəcək.

Qeyd edək ki, "Sabah" - "Orhus" qarşılaşması avqustun 11-də "Bank Respublika Arena"da keçiriləcək. İlk oyunda Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)