Tailandda məktəbdə qanlı atışma: 7 nəfər öldü

7 Avqust 2026 12:21

Tailandın Nonthaburi əyalətində yerləşən məktəbdə silahlı insident baş verib.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, Banq Kruai rayonundakı Debsirin Nonthaburi məktəbində şagird tərəfindən törədilən atışma nəticəsində hücum edən şəxs də daxil olmaqla, ümumilikdə yeddi nəfər həyatını itirib. Hadisə zamanı çox sayda insanın yaralandığı bildirilir.

Polisin məlumatına görə, şübhəli şəxs məktəbə hücum etməzdən əvvəl yaşadığı evdə iki ailə üzvünü - nənəsi və babasını güllələyərək öldürüb.

Hazırda hadisənin səbəbləri araşdırılır. Ölən şagirdin atası istintaq çərçivəsində dindirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)