Zərdabda qəsdən yanğın törədən şəxs müəyyən edildi

7 Avqust 2026 11:17

Zərdab rayonunda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

Milli.Az xəbər verir ki, hadisə rayonun Hüseynxanlı kəndi ərazisində baş verib.

Aparılan araşdırmalar nəticəsində yanğının kənd sakini Ə.Quliyev tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində təxminən 1 hektara yaxın quru otlaq sahəsi yanıb.

Faktla bağlı həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq hüquqi tədbirlər görülüb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)