İstanbul Baş Prokurorluğunun apardığı "rüşvət" və "mənimsəmə" istintaqı çərçivəsində Kuşadası Bələdiyyəsinə qarşı əməliyyat keçirilib.
Milli.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əməliyyat İzmir, Aydın və Antalya şəhərlərində eyni vaxtda həyata keçirilib.
Əməliyyat zamanı 15 şübhəli saxlanılıb, daha 7 nəfər barəsində isə həbs qərarı çıxarılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)