Əməkdar artist Elton Hüseynəliyevin ad günüdür.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçinin həyat yoldaşı Tamilla bu münasibətlə sosial şəbəkə hesabında onunla bağlı paylaşım edib.
O, birlikdə çəkilmiş fotolarını yayımlayaraq həyat yoldaşına bu sözlərlə ünvanlayıb:
"Nə yaxşı ki, varımsan, Elton! Günün mübarək! Sən öz sənətinlə, əfsanəvi, şəlalə kimi axarlı və orijinal səsinlə çox insanların qəlbinə yol tapmısan. Var ol və çox yaşa!".
Qeyd edək ki, Elton Hüseynəliyev və Tamilla cütlüyünün iki qız övladı var.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)