Naxçıvan Muxtar Respublikasında bir nəfərin kanalda batma təhlükəsi ilə üzləşməsi ilə bağlı xilasetmə əməliyyatı keçirilib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, gecə saatlarında "112" qaynar telefon xəttinə Uzunoba Su Anbarını qidalandıran kanalda bir nəfərin batmaq təhlükəsində olması barədə məlumat daxil olub.
Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Sularda xilasetmə bölməsinin dalğıc-xilasediciləri cəlb olunub.
Keçirilən əməliyyat nəticəsində suda təhlükə ilə üzləşən şəxs xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)