Qış gəlməmiş bu işi görün - “Azəristiliktəchizat”dan vacib çağırış

7 Avqust 2026 10:04

"Azəristiliktəchizat" ASC 2026-2027-ci il istilik mövsümünə hazırlıqla bağlı sakinlərə müraciət edib.

Milli.Az xəbər verir ki, qurum tərəfindən istilik mövsümünə hazırlıq çərçivəsində istilik təchizatı sisteminə mütəmadi olaraq sınaq suyu verilir və sistemin texniki vəziyyəti yoxlanılır.

ASC-dən bildirilib ki, bu səbəbdən istehlakçılar mənzillərində istilik sistemi ilə bağlı aparılan təmir, quraşdırma və dəyişiklik işlərini qısa müddətdə başa çatdırmalıdırlar.

Sakinlərdən radiatorların, boru xətlərinin və digər istilik avadanlıqlarının tam hazır vəziyyətə gətirilməsi xahiş olunub.

Qurumun məlumatına görə, hazırlıq işlərinin vaxtında tamamlanması istilik mövsümü ərzində sistemin təhlükəsiz, etibarlı və fasiləsiz fəaliyyətinə, eləcə də mümkün qəza hallarının qarşısının alınmasına imkan verəcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)