İmişli rayonunda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, hadisə avqustun 6-da rayonun Rəsullu kəndi ərazisində qeydə alınıb.
Belə ki, Mustafayev Məhəddin İnsaf oğlunun idarə etdiyi "T-428" markalı traktor hərəkətdə olarkən yolda velosiped sürən 2021-ci il təvəllüdlü Xəlilzadə Ömər Rəşid oğlunu vurub.
Nəticədə 5 yaşlı uşaq aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)