Sən neylədin, ay nənə... - FOTO
23 Avqust 2012 17:11
Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, İspaniyanın Saraqosa şəhəri yaxınlığındakı Mərhəmət Məbədi Kilsəsində 100 il əvvəl çəkilmiş İsa Məsih freskası divardakı nəmdən zərər çəkmiş, bir hissəsir qopub düşmüşdü.
Borşaneos kilsəsindəki "Ecce Homo" (Bu da insan) freskasını rəssam Elias Qarsia Martines çəkmişdi.
Kilsənin xidmətçisi, 80 yaşlı dindar qadın da illərdən bəri belə vəziyyətdə olan freskanın bərpa edilməməsinə dözməyib və problemi "təkbaşına həll" etmək qərarına gəlib.
O, əlinə fırça alaraq freskanın "bərpası"na başlayıb.
Lakin "bərpa" bitəndə freskadakı İsa Məsihin meymuna bənzədiyini görəndə nənə ağlayıb və qaçaraq bələdiyyəyə gedib, əməlini etiraf edib.
Saraqosa İncəsənət Mərkəzimnin mütəxəssislərinin dediklərinə görə, yaşlı nənə pis niyyətlə hərəkət etməsə də, freskanı bərbad vəziyyətə qoyub. "Bu da insan" freskasının bərpa olunub-olunmayacağı bilinmir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

Fotolar: SWNS