"Real Madrid" klubunda, nəhayət ki, Vinisius ilə bağlı məsələ dəqiqləşdi.
Milli.Az xəbər verir ki, aylardır davam edən gərgin danışıqlardan sonra Vinsius Junior və "Real Madrid" rəhbərliyi yeni uzunmüddətli müqavilə şərtləri üzrə tam razılığa gəliblər.
Braziliyalı ulduz hücumçu karyerasını "Santiaqo Bernabeu"da davam etdirməyə qərar verib.
Müqavilənin uzadılması üzrə başlayan danışıqlar tərəflər arasında maliyyə şərtləri və imic hüquqları ilə bağlı fikir ayrılıqları səbəbindən uzun müddət idi ki, uzanırdı. Keçirilən son təcili iclasda yekun anlaşma əldə olundu.
"Real Madrid"lə razılıq əldə olunmasaydı, "Arsenal" futbolçu üçün ən real və ciddi variant hesab olunurdu. Vinsiusun da keçidin pozulacağı təqdirdə "Emireyts"ə transfer olunmağa açıq olduğu bildirilirdi.
Madriddə qalmaq qərarı: "Real Madrid"in təklifi təkmilləşdirməsindən və ulduz futbolçunun komandadakı statusunu təmin etməsindən sonra transfer şayiələrinə tam olaraq nöqtə qoyuldu.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)