Motosikletlə “Mercedes” toqquşdu - xəsarət alan var

6 Avqust 2026 20:26

Göygöldə motosikletlə avtomobil toqquşub.

Milli.Az xəbər verir ki, hadisə rayonun Qızılca kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, 2003-cü il təvəllüdlü Nicat Məmmədov idarə etdiyi motosikletlə "Mercedes" markalı maşınla toqquşub.

Qəza zamanı kuryer xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir.

Faktla bağlı araşdırma başlanılıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)