Bakı–Qazax yolunda qəza - ölən var

6 Avqust 2026 18:59

Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə avqustun 6-da saat 15 radələrində yolun 147-ci kilometrliyində qeydə alınıb.

Belə ki, "Nissan Qashqai" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə sərnişin qismində olan 1965-ci il təvəllüdlü, Salyan rayonunun Kolanı kənd sakini Aydın Əmrah oğlu Allahyarov ağır xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılsa da, o, aldığı xəsarətlərdən Şirvan Şəhər Mərkəzi Xəstəxanasında vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)