Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən tiktoker "Bəniz" ləqəqbli Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Milli.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Aybəniz Xəlilova 10 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Ona Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)